Yəmən təyyarəsinin bir neçə sərnişinin cəsədi tapılıb
30 İyun 2009 Çərşənbə Axşamı 12:10
Təyyarədə olan 152 nəfərin taleyi hələ ki, məlum deyil

 

Xilasedicilər bu gün Hind okeanında Komor adalarının sahillərində qəzaya uğrayan Yemenia airlines aviaşirkətinə məxsus Airbus A 310 təyyarəsinin bir neçə sərnişinin cəsədini tapıb. Bu barədə “Reuters” agentliyi xəbər verib. Hökumət nümayəndəsinin bildirdiyinə görə, təyyarədə olan 152 nəfərin taleyi hələ ki, məlum deyil.

Qeyd edək ki, bir qədər əvvəl Hind okeanında qəzaya uğrayan A 310 təyyarəsinin qalıqlarının tapılması barədə xəbər yayılmışdı. Təyyarənin qalıqlarını axtarış işlərinə cəlb edilən təyyarələr aşkar edib.

Xatırladaq ki, Yəmən dövlət aviaşirkətinə məxsus sərnişin təyyarəsi Hind okeanında Komor adaları ətrafında qəzaya uğrayıb. Təyyarədə 142 sərnişin və 11 heyət üzvü olub. Təyyarə Yəmənin paytaxtı Sanadan Komor adalarının paytaxtı Moroniyə uçurmuş. Sərnişinlər arasında Fransa və Komor adalarının vətəndaşlarının olduğu bildirilir. Təyyarə yerə enməyə 15 dəqiqə qalmış qəzaya uğrayıb. Hadisənin səbəbləri bilinmir./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar