Xarici İşlər Nazirliyinin qarşısında aksiya keçirilib
24 Sentyabr 2009 Cümə Axşamı 12:25
Aksiya iştirakçıları Madrid pirnsiplərinə etiraz ediblər
Bu gün Demokratiya Uğrunda İttifaq Xarici İşlər Nazirliyinin qarşısında icazəsiz aksiya keçirib. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, DUİ-nin bu cəhdinin qarsısını alınıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları iki nəfəri saxlayıblar. Onlardan biri bayraqdar Elman Türkoğludur. Ona bayrağı qardırmağa imkan verilməyib.

Aksiya «Ya Qarabağ, ya istefa» şüarı altında keçirilib. Piket iştirakçıları Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir əməli addım atılmamasını, zaman keçdikcə problemin həllinin daha da çətinləşməsini, Azərbaycan xarici siyasətinin uğursuzluğu nəticəsində Minsk qrupunda olan vasitəçi dövlətlərin də açıq ermənipərəst mövqe tutduğunu, problemin ilk günündən ermənilərin tələb etdiklərinin bu gün vasitəçilər tərəfindən Madrid prinsipləri adı altında irəli sürüldüyünü, 15 ildən artıq müddətdə davam edən atəşkəs şəraitində ermənilərin təcavüzkar niyyətindən və işğal etdikləri ərazilərdən bir addım geri çəkilmədiyini vurğulayıb.

Bununla bağlı qətnamə Xarici İşlər Nazirliyinə təqdim olunub. Millət vəkili Pənah Hüseyn aksiya iştirakçıları qarşısında bildirib ki, bu, Azərbaycanın indiki siaysətinə etirazın bir formasıdır: «Düşünürük ki, bu etiraz forması nə vaxtsa bir nəticə verəcək».

Qeyd edək ki, Demokratiya Uğrunda İttifaqa 6 partiya daxildir: Klassik Xalq Cəbhəsi, Xalq, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Milli Qurtuluş partiyaları.


DOSTLARINLA PAYLAŞ:

oyunlar