Türkiyə və Rusiya ilə birgə təlimlər keçiriləcək
18 Sentyabr 2009 Cümə 18:15
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bir sıra qonşu ölkələrin xilasediciləri ilə birgə təlimlər keçirməyi planlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazir deyib ki, Türkiyənin dövlət naziri Cəmil Çiçək və Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu ilə görüşlərində birgə təlimlərin keçirilməsi ilə bağlı müzakirələr aparıblar: “Azərbaycan xilasediciləri həm Türkiyə, həm də Rusiya ilə birgə həm qərargah, həm də səhra təlimləri həyata keçirəcək. Artıq təlimlər adı çəkilən qurumların iş planlarında da əksini tapıb”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar