Tovuzun Əlibəyli kəndində güclü atışma gedir
28 İyun 2014 Şənbə 01:23
Saat 23:00 radələrindən Tovuz rayonunun Əlibəyli kəndi düşmən tərəfindən atəşə tutulub. Hazırda Əlibəyli kəndində güclü atışma gedir.
Hazırda Tovuzun Əlibəyli kəndində güclü atışma gedir.

Ötən gün saat 23:00 radələrindən Tovuz rayonunun Əlibəyli kəndi düşmən tərəfindən atəşə tutulub.

Kənd icra nümayəndəsi Valeh Rzayevin ANS PRESS-ə verdiyi məlumata görə, Əlibəyli kəndinin evləri və həyətləri atəş altındadır. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb. Hamı təlaş içindədir.

Ordumuz isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib.

Kənd sakinlərindən xəsarət alan olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar