Snayperimiz Monte Melkonyanın əsgərini vurdu
06 Avqust 2014 Çərşənbə 11:18
Azərbaycan snayperinin Kəlbəcərdə öldürdüyü erməni əsgəri Aram Qriqoryan ölümündən iki saat əvvəl telefonla arvadı ilə söhbət edib.
ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan mətbuatına onun qohumu Knkuş Davtyan xəbər verib.

Onun sözlərinə görə, Aram Qriqoryan birinci Qarabağ müharibəsinin iştirakçısı olub, müxtəlif istiqamətlərdə vuruşub.

"Aramın yaxşı səsi var idi, o həmişə ifa edirdi – kənddə, mövqelərdə, yoldaşlarını ruhlandırırdı. Vətənpərvərlik mahnılarını çox sevirdi. Özü həmçinin şeirlər və mahnıları yazırdı", - deyə qohumu danışıb.

Xatırladaq ki, Aram Qriqoryanın üç uşağı olub. O, avqustun 4-də Azərbaycan snayperinin atəşiylə öldürülüb. Onu Partizak Araqasotnskoy kəndində dəfn ediblər.

Qeyd edək ki, Aram Qriqoryan 1-ci Qarabağ müharibəsində erməni çəlladı Monte Melkonyanla birlikdə döyüşüb.

Onun ölümü dünyasını dəyişən Azərbaycan şəhidlərinin ruhunu şad edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar