Şərqi Avropa kütləvi uşaq diabeti ilə üz-üzədir
28 May 2009 Cümə Axşamı 11:10
Alimlər əsas səbəblər sırasında ekologiyanı, infeksion xəstəlikləri və qeysəriyyə doğuşunu görürlər

 

Tibb işçilərinin fikrincə, Şərqi Avropada uşaqlarda 1-ci tip şəkər diabetinin yayılma səviyyəsi 2020-ci ildə 2005-ci ilə baxanda iki dəfə artacaq. Yeni araşdırmalara görə, 15 yaşa qədər olan müddətdə isə xəstələnmə səviyyəsi 70 faiz artacaq.

1989-2003-cü illərdə qeydə alınmış aşkarlanma hallarına əsaslanan araşdırmaya görə, xəstəlik daha kəskin şəkildə özünü Şərqi Avropanın keçmiş kommunist ölkələrində göstərir.

Britaniyanın «Lancet» jurnalında onlayn rejimində çap olunmuş məqalədə bildirilir ki, artım o qədər yüksəkdir ki, bunu yalnız genetik təmayüllə izah etmək mümkün deyil. Alimlərin fikrincə, burada çağdaş həyat tərzi üzündən yaranan vərdişlərdir.

1-ci tip şəkər diabeti yeniyetmə çağlarında yaranır və immun sistem insuilin ifraz edən mədəaltı vəzini dağıdır. Müəyyən mənada insan üçün təhlükəlidir.
Alimlər bunun əsas səbəbini ekoloji amillərdə, uşaq vaxtı infeksion xəstəliklər keçirilməsində və uşağın dünyaya qeysəriyyə yolu ilə gəlməsində görürlər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar