Şəhid sayısı 9-a çatıb
01 Avqust 2014 Cümə 13:31
Yaralı əsgər 19 yaşlı Hüseyn Abidinov da şəhid olub.
Ötən gecə erməni kəşfiyyat-təxribat qruplarının hücumu nəticəsində yaralanan Azərbaycan Ordusunun əsgərlərindən biri şəhid olub.

Tərtər rayon N saylı hərbi hissənin hospitalından ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, bu əsgər Hüseyn Abidinovdur. O, Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmışdı. Onun 1995-ci il təvəllüdlü olduğu bildirilir.

Digər yaralı əsgərlərimizin vəziyyəti haqqında hələlik məlumat verilmir.

Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın daha 8 hərbçisi şəhid olub. Bunlar aşağıdakılardır:
Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu


DOSTLARINLA PAYLAŞ:

oyunlar