Quranda deyildiyi kimi hər zaman həqiqəti deyin
04 İyun 2009 Cümə Axşamı 15:30
ABŞ prezidenti Qahirə universitetindən müsəlmanlara müraciət etdi

 

"Səfərimdə məqsəd ABŞ və müsəlman dünyası arasındakı münasibətlərə yeni başlanğıc yaratmaqdır". ANSPRESS-in məlumatına görə,  ABŞ prezidenti Barak Obama Misirdə Qahirə universitetindən müsəlmanlara səslənərkən belə deyib.

"Dəyişiklik bir günə əldə oluna bilməz. Bu gün bizi bu nöqtəyə gətirən məsələləri həll edə bilməsək də, ilk addım ata bilərik. Quranda deyildiyi kimi hər zaman həqiqəti deyin! Mən də bu gün mümkün olduğu qədər həqiqəti deməyə çalışacam", - deyə B. Obama bildirib. Barak Obamanın bu sözlərin auditoriyanın alqışları ilə qarşılanıb. 

"Mən xristianam, amma atam müsəlman ailəsindən çıxıb. Uşaqlığımda İndoneziyada sübh vaxtı azan səsi ilə oyanmışam. Mədəniyyətin İslama borclu olduğunu bilirəm".

"İslam Amerika Birləşmiş Ştatalarının bir parçasıdır. Ölkəmin müstəqilliyini ilk tanıyan ölkələrdən biri də müsəlman ölkəsi olan Mərakeş olub.  Yarandığımızdan bəri ölkəmizdəki müsalmanlar ABŞ-ı zənginləşdiriblər. ABŞ-ın yaradıcılarından biri olan Ceferson Qurani-Kərimə and içərək vəzifəsini yerinə yetirib".

"Ankarada da ABŞ-ın İslamla mübarizə etmədiyini bildirmişdim"./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar