Qırıcı təyyarələrimiz cəbhə xəttində
03 Avqust 2014 Bazar 17:26
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr səmaya qalxıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr cəbhə xətti boyunca uçmağa başlayıblar.

İlkin məlumata görə, təyyarələr cəbhə xətti boyunca nəzarət həyata keçirirlər.

Bu faktı Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı da təsdiq edib.

Onun sözlərinə görə, bu uçuşlar döyüş hazırlığı planına uyğun olaraq həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar