Qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşları yoxdur
18 İyul 2014 Cümə 00:39
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu haqda açıqlama verib.
Boeing təyyarəsinin qəzaya uğraması nəticəsində ilkin məlumatlara görə, həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Trend-ə açıqlamasında məsələnin araşdırıldığını bildirib:

"Azərbaycan XİN ölkənin Malayziyadakı səfirliyinə qəza nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması faktını dəqiqləşdirməyi tapşırıb".


DOSTLARINLA PAYLAŞ:

oyunlar