Qəzaya uğrayan Fransa təyyarəsi
09 İyun 2009 Çərşənbə Axşamı 15:55
İndiyədək təyyarənin yalnız 24 sərnişinin cəsədi tapılıb

 

Atlantik okeanında axtarış aparan Braziliya hərbçiləri bu ərazidə qəzaya uğrayan A330 təyyarəsinin daha 8 sərnişinin cəsədini sudan çıxarıb və bununla da tapılmış cəsədlərin sayı 24 nəfərə çatıb. ANS PRESS, “Associated Press” agentliyinə istinadən xəbər verir ki, cəsədlər təyyarənin göyərtəsindəki nasazlıqla bağlı sonuncu elektron siqnalın göndərildiyi yerdən 70 kilometr aralıda aşkarlanıb. Həmin ərazi Fernandu-di-Noronya arxipelaqının 640 kilometr şimal-qərbində yerləşir.
Braziliya Hərbi Hava Qüvvələrinin polkovniki Enri Munozun sözlərinə görə, ötən gün A330 təyyarəsinin quyruq hissəsinin böyük bir qalığı da okeandan çıxarılıb. Bunun “qara qutu”nun aşkarlanması vəziəsini asanlaşdıracağı güman edilir. Çünki “qara qutu” təyyarənin arxa hissəsində olub.
Xatırladaq ki, “Air France” şirkətinə məxsus təyyarə Rio-de-Janeyro beynəlxalq limanından havaya qalxıb və Parisin Şarl de Qoll adına hava limanına enməliydi. Lakin uçuşdan dörd saat sonra təyyarə ilə əlaqə itib. Həmin vaxt təyyarə Atlantik okeanı üzərində olub. Təyyarənin göyərtəsində 228 nəfər olub. Axtarış dəstələri indiyədək təyyarənin qanadlarının hissələrini, oturacaqları, oksigen maskalarını, sərnişinlərin şəxsi əşyalarını və s. tapıb. 

ANSPRESS

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar