Qarabağa səfər üçün əlverişli şərait yaranıb
02 İyun 2009 Çərşənbə Axşamı 13:55
Ermənistanın Rusiyadakı səfiri belə düşünür

 

"Dağlıq Qarabağa səfər etmək üçün kifayət qədər əlverişli şərait yaranıb". Bu bəyanatla Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin Dağlıq Qarabağa birgə səfər edəcəkləri barədə məlumatları şərh edən Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan çıxış edib. "Reqnum" agentliyinə müsahibəsində Armen Smbatyan həmin səfər nəticəsində iki icmanı birləşdirən pozitiv kiçik bir körpünün yarandığını bildirib. "İki ölkənin müxtəlif təbəqələrinin nümayəndələrinin bir-biri ilə əlaqələri davam etdirməsini məqsədəuyğun sayırıq" - deyə erməni səfir qeyd edib.

Xatırladaq ki, 2007-ci ildə də Azərbaycan və Ermənistan ziyalılarının iştirakı ilə belə bir səfər baş tutmuşdu./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar