Qafqazdakı münaqişə ilə bağlı məruzə hazırdır
30 Sentyabr 2009 Çərşənbə 18:00
Müvafiq sənəd artıq Rusiya tərəfinə təqdim olunub
2008-ci ilin avqustunda Qafqazda baş verən münaqişənin vəziyyətinin araşdırılması üzrə müstəqil beynəlxalq komissiyanın rəhbəri Haydi Talyavini komissiya tərəfindən hazırlanan məruzəni Cənubi Osetiya və Abxaziyanın hakim dairələrinə təqdim edəcək. Bu barədə Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov məlumat verib.

Talyavini məruzəni bu gün Çijova, həmçinin Gürcüstan, Avropa İttifaqı, ATƏT və BMT nümayəndələrinə təqdim edib.

"Talyavini bildirib ki, o, Abxaziya və Cənubi Osetiya nümayəndələri ilə əlaqə saxlayır və onlar da bu məruzəni alacaq", - deyə Çijov qeyd edib.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar