Prezidentlərin telefon danışığının təfərrüatları məlum oldu
21 Oktyabr 2009 Çərşənbə 17:20
Gül bildirib ki, Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla münasibətlərin normallaşdırılması mümkün deyil
Bu gün Türkiyə prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Türkiyə-Ermənistan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə prezidenti Abdullah Gül bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mümkün deyildir.
Dövlət başçısı bu mövqeyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatının məlumatına görə, telefon söhbəti zamanı Türkiyə prezidenti əvvəlcə ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dimitri Medvedevlə Qafqazda sülh və sabitliyin təmin edilməsi ilə bağlı söhbətləri barədə İlham Əliyevə məlumat verib. Hər iki prezident Türkiy
ə-Azərbaycan münasibətlərinin soyuması ilə bağlı mənzərənin yaranmasını yanlış hesab ediblər. Ölkələr arasında yaranmış yanlış anlaşılma aradan qaldırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar