Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda
03 Sentyabr 2014 Çərşənbə 11:40
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan üçün Bakıda rəsmi qarşılanma mərasimi keçirilib.
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimi keçirilib. ANS PRESS-in xüsusi müxbirinin verdiyi məlumata görə, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Azərbaycan prezidenti türkiyəli həmkarını qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə də raport verdikdən sonra iki ölkənin dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan dövlət və hökumət nümayəndələri Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Qeyd edək ki rəsmi qarşılamadan sonra iki ölkə başçısı tətbətək görüş keçirilər. Bundan sonra Azərbaycan və Türkiyə tərəfinin rəsmi nümayəndələrinin iştirakı ilə iki tərfli görüş baş tutacaq daha sonra isə prezidentlər birgə bəyanat verəcəklər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar