Ordumuz bir hərbçisini itirdi
13 Avqust 2014 Çərşənbə 11:38
Abşeronda baş verən qəzada hərbçimiz dünyasını dəyişib.
Bu gün səhər saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib. Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 08:14 radələrində Növxanı qəsəbəsi, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.

Belə ki, 25 yaşlı Nicat Babazadənin idarə etdiyi “Opel” markalı avtomobil ilə “Pajero” markalı maşın toqquşub.

Qəza nəticəsində Nicat Babazadə dünyasını dəyişib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

Qeyd edək ki, Nicat Babazadə hərbçidir.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar