Nəqliyyat naziri Ziya Məmmədov infarkt keçirib?
08 Sentyabr 2014 Bazar Ertəsi 11:44
Nəqliyyat naziri Ziya Məmmədov infarkt keçirməsi və təcili olaraq müalicə üçün Türkiyəyə aparılması ilə bağlı məlumatlar yayılıb.
Nəqliyyat naziri Ziya Məmmədov infarkt keçirməsi və təcili olaraq müalicə üçün Türkiyəyə aparılması ilə bağlı məlumatlar yayılıb.

ANS PRESS-in məlumatına görə, bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda bildirilir ki, guya nazirin vəziyyəti ağırdır.

Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, yayılan söhbətlər tamamilə yalıandır.

“Cənab nazir məzuniyyətlə əlaqədar ayın 17-nə qədər Türkiyəyə gedib. Ziya Məmmədov un Türkiyəyə getməsi müalicə ilə əlaqədar deyil. Onun səhhətinin pisləşməsi ilə yayılan xəbərlər heç bir şəkildə həqiqəti əks etdirmir. Bu növ yalan məlumatların yayılması yalnız müxtəlif mətbu orqanların diqqəti özünə cəlb etmək məqsədi daşıyır. Bu qeyri-peşəkar addımdır”, - deyə Namiq Həsənov bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar