Millət vəkilləri VI Media Konfransında iştirak edəcəklər
19 Noyabr 2009 Cümə Axşamı 10:35
Lalə Abbasova və Elmira Axundova noyabrın 18-dən 21-dək Gürcüstanda səfərdə olacaqlar
Milli Məclisin deputatları Lalə Abbasova və Elmira Axundova Cənubi Qafqaz üzrə VI Media Konfransında iştirak etmək üçün noyabrın 18-dən 21-dək Gürcüstanda səfərdə olacaqlar. Parlamentin mətbuat xidmətinin məlumatına görə, deputatlarımız Tiflis şəhərində keçiriləcək tədbirdə müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədəki təcrübəsi, eləcə də yeni görülən işlər barədə tədbir iştirakçılarına məlumat verəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar