Keçmiş MTN naziri Eldar Mahmudov haradadır?
19 Oktyabr 2015 Bazar Ertəsi 11:27
Prezident İlham Əliyev tərəfindən vəzifədən uzaqlaşdırılan Eldar Mahmudov üzə çıxıb.
Bildiyiniz kimi Prezidenti İlham Əliyev oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bu tarixdən sonra Eldar Mahmudov ortalıqlarda görsənmirdi. 
 
Bəzi xəbər saytları sabiq nazirin təcridxanada olduğunu yazmışdı. Ancaq bu düzgün məlumat deyil. Keçmiş nazir Eldar Mahmudov hal hazırda evindədir.
 
Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.

Saxlanılan şəxslər hazırda elə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasındadır. MTN Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar