İran Azərbaycandakı səfirini Tehrana çağırıb
29 İyun 2009 Bazar Ertəsi 22:45
İran Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhramini Tehrana çağırıb. APA-nın məlumatına görə, “İnterfax” qeyri-rəsmi mənbələrə istindən xəbər verir ki, səfirin Tehrana çağırılmasında məqsəd İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfər etməsi ilə bağlı məsləhətləşmələr aparmaqdır.
Lakin informasiya hələlik rəsmi təsdiqlənməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə APA-ya bildirib ki, Ş. Peresin Azərbaycana səfəri ilə bağlı nə XİN-ə, nə də Azərbaycanın Tehrandakı səfirliyinə İran tərəfindən rəsmi müraciət olmayıb. “Rəsmi müraciət olmadığı təqdirdə mətbuatda yazılanlara şərh vermək düzgün olmazdı”, - deyə XİN rəsmisi vurğulayıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar