Hüseyn Arabul mesaj göndərib
10 İyun 2009 Çərşənbə 10:50
“Əgər qarşı tərəf addımlar atmasa, bəzi məsələləri açıb deyəcəm”

 

Dövlət sərhəddini keçərkən həbs edilən “Barmek-Azərbaycan” şirkətinin rəhbəri Hüseyn Arabul qarşı tərəfi müəyyən addımlar atmağa çağırır. İş adamının vəkili Abbas Atakişi ANS PRESS-ə bildirib ki, H. Arabulla saxlandığı Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında görüşüb. Vəkilin sözlərinə görə, H. Arabul ona qarşı tərəfin müəyyən adımlar atmasını gözlədiyini və əgər qarşı tərəf addımlar atmasa, bəzi məsələləri açıb deyəcəyini bildirib.
A. Atakişi iş adamının barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün verilmiş apellyasiya şikayətinə yaxın günlərdə baxılacağını bildirib.
Qeyd edək ki, Hüseyn Arabul Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub. Onu iyunun 3-də Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri saxlayıblar. H. Arabulun barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Ona qarşı qarşı Azərbaycan Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Hüseyn Arabul CM-nin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilərək 5 il şərti azadlıqdan məhrum edilib.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar