Hər an döyüşə hazır olmalıyıq
06 Avqust 2014 Çərşənbə 16:01
MN-nin idarə rəisi cəbhədəki hadisələrin nəzarətdə olduğunu deyib.
Atəşkəs hər gün 100 dəfədən artıq pozulur. ANS TV-nin məlumatına görə, Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Abdulla Qurbani son günlər Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması hallarından danışıb.

“Hər gün atəşkəs yüz dəfə pozulur. Buna baxmayaraq səngərlərdə əsgərlərimiz möhkəm dayanıb, xalqımız əsgərlərimizə dayaqdır. Cəbhə bölgələrində olan hadisələr dövlət rəhbərinin, müdafiə nazirinin daima nəzarətindədir.

Əgər torpaqlarımız düşmən işğalı altındadırsa, onda biz sakit dayana bilmərik. İstər arxa cəbhə, istərsə də ön cəbhə hər saat, hər an döyüşə hazır olmalıyıq”.



Xatırladaq ki, son bir necə gündə cəbhə xəttində intensiz atışma gedir. Azərbaycan Ordusu erməni təxribatçı diversiya dəstəsinin bir necə hücumunun qarşısını uğurla alıb. Ermənilər çox sayda itki verərək geri çəkilməyə məcbur olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar