Google Xocavəndi Martuni kimi göstərir
07 Mart 2009 Şənbə 11:35
Dünyaca məşhur olan Google xəritə (google maps) Azərbaycanın Xocavənd şəhərini (Khojavend) səhv olaraq "Martuni" kimi göstərir. Bu barədə APA-ya soydaşımız Elşən Rəhimov məlumat verib.
Onun sözlərinə görə, 1990-1991-ci illərdə Azərbaycan parlamentinin qərarı ilə Martuni rayonunun adı dəyişdirilərək Xocavənd qoyulsa da, “Google maps”də yenə də Martuni adından istifadə edilir (http://maps.google.com/maps?f=q&source=s_q&hl=en&geocode=&q=azerbaijan&sll=37.0625,-95.677068&sspn=33.489543,78.75&ie=UTF8&ll=39.794557,47.133579&spn=0.063441,0.153809&t=h&z=13). Qeyd edək ki, Xocavənd rayonu hazırda Ermənistanın işğalı altındadır və Dağlıq Qarabağdakı separatçı rejim bu rayonu “Martuni” olaraq adlandırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar