Ermənistan yeddi rayonu Azərbaycana qaytarmalıdır
07 Avqust 2009 Cümə 22:40
Ermənistan yeddi rayonu Azərbaycana qaytarmalıdır. Metyu Brayzanın fikrincə, bu proses 5 ilədək uzana bilər.

 

Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana qaytarmalıdır. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza bildirib.
“Beş rayon dərhal, iki rayon isə müəyyən zaman ərzində qaytarılmaldır. Bu, beş ilədək uzana bilər. Həmçinin münaqişə zonasına beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir. Onların tərkibini tərəflərin özləri müəyyənləşdirəcəklər”,- deyə Brayza bildirib.

Münaqişənin həlli variantı mümkünlüyü baradə danışan amerikalı diplomat bəyan edib ki, Madrid sənədinə əsasən Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi təmin edilməli, referendum keçirilənədək isə müvəqqəti status yaradılmalıdır.

Brayzanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üç əsas prinsip əsasında həll olunacaq. Bunlar ərazi bütövlüyü, öz müqəddaratını təyinetmə və gücün tətbiq edilməməsi prinsipləridir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar