Ermənistan Ordusunun iki əsgəri Azərbaycan tərəfə əsir düşüb
01 İyun 2009 Bazar Ertəsi 09:45
Ermənistan Ordusunun iki əsgəri Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə mayın 31-də günorta saatlarında Goranboy rayonunun Gülüstan kəndi istiqamətində baş verib. Yeni hərbi xidmətə çağırılmış iki əsgərin Azərbaycan tərəfə könüllü keçdiyi bildirilir.

Faktla bağlı Azərbaycan Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar