Ermənilər Qarabağda əsgərlik etmək istəmir.
05 Mart 2009 Cümə Axşamı 20:40
Fevralın 28-də Azərbaycan tərəfinə könüllü keçmiş üç erməni hərbçisi Ermənistana qayıtmaq istəmədiklərini bəyan edib

 

Fevralın 28-də Azərbaycan tərəfinə könüllü keçmiş üç erməni hərbçisi-Qrant Markosyan, Rafik Tevosyan və Vardan Sarkisyan ANS-ə eksklüziv müsahibə veriblər. Xatırladaq ki, onlar Ağdamın Ergi düzü adlanan ərazisində könüllü olaraq Azərbaycan tərəfinə keçiblər. Hər üçü Ermənistan vətəndaşıdır. Erməni hərbçiləri Azərbaycana keçmələrinin səbəblərini hərbi hissədəki haqsızlıqlar və sağlamlıqlarına etinasızlıqla izah edirlər. Qeyd edək ki hərbçilərin hər üçü hospitalda ikən qaçıblar. Belindəki sınıqdan əziyyət çəkdiyni deyən armavirli Qrant Markosyan hərbi hissədə bununla bağlı şikayətlərin qulaqardına vurulduğunu deyir: “4 aydır mən bunu onlara deyirəm. Deyrəm ki, belimdə sınıq var. Bərk ağrıyır. Onlar isə buna əhəmiyyət vermirdilər. Bizi tez-tez döyürdülər. Nə bizə baxırdılar, nə də müalicə edirdilər. Buna görə dedim ki, artıq bu cür xidmət edə bilmərəm. Rota komandirinin yanına getdim və şikayət etdim. Yalnız bundan sonra batalyon komandiri bizi hospitala apardı. Orda bir həftə qaldıq. Amma bizi müalicə etmirdlər. Mən öskürürdüm. Deyirəm mənə dərman verin. Vermirdilər. Orda qarabağlılar da var idi. Bizdən fərqli olaraq, onlara dərman verirdilər. Nə müalicə edirlər, nə də qulluq edirlər”. Qrant heç bir müalicə almadan xəstəxanadan xaric edilib və onu yenidən hərbi xidmətini davam etdirməyə göndəriblər. Amma o da digər əsir yoldaşları kimi bu cur xidməti davam etdirmək istəməyib. Q.Markosyan bu qənaətdədir ki, Qarabağda xidmət etmək onların borcu deyil. Halbuki, o, qondarma Dağlıq Qarabağ ordusunda xidmət edəndələrin 90 faizinin Ermənistan erməniləri olduğunu bildirir.

Digər əsir Rafik Tevosyan isə Dağlıq Qarabağda xidmət etmək isəməyənlərdən külli miqdarda rüşvət tələb olunduğunu deyir. Ümumiyyətlə, o, qondarma Dağlıq Qarabağ ordusunda "dedovşina"nın yüksək səviyyədə olduğunu bildirib: “Orduda "dedovşina" çox yüksək səviyydədirir. Biz nə vaxt pul alırıq, zabitlər əlimizdən alır. Hərbi hissədəki bir qədər yaşlı əsgərlər bizi döyür, öz işlərini bizə gördürürlər. Mən komandirə bildirdim ki, böyrəklərim xəstədir. Amma mənim sözlərim ciddi qəbul olunmadı. Əksinə vəziyyətim bir az da pisləşdi və məni qospitala aparmağa məcbur oldular. Amma burada da heç bir müalicə ala bilmədik. Qospitalın rəisi məni demək olar ki qovdu”.
Ermənistanın hazırkı prezidentinin soyadını daşıyan Vardan Sarkisyanın vəziyyəti isə digər əsirlərdən daha ciddidir. Daxili orqanlarında ciddi problem olduğuna görə o əslində hərbi xidmətdən azad olunmalı idi. Amma bunun üçün ondan külli miqdarda rüşvət tələb olunub: “Məndən 15 min dollar istədilər. Amma bizim bu qədər pulumuz yox idi. Ona görə də hərbi xidmətə getməyə məcbur oldum. Mən hərbi xidmətdə olarkən çox ağır xəstəliym var idi. Bununla bağlı rota komandirinə müraciət edəndə o digərlərinə münasibətdə olduğu kimi məni də lağa qoydu. Heç diqqət yetirmədi. Buna görə də mənim xəstəliyim ağırlaşdı. Bu vaxt batolyon komandirinə müraciət etdim çox çətinliklə qospitala düşə bildim. Amma qospitalda heç bir müalicə almadım”.
Əsgərlər çoxlu alçaldılmalar, çətinliklərdən sonra Azərbaycan tərfə keçməyə qərar verib və bir daha Ermənistana qaytmaq istəmirlər. “Ordan qaçmağa qərar verdik. Azərbaycana gəlmək istədik. Bilirdik ki, burada hər şey qaydasındadır. Ona görə də üçüncü ölkəyə getmək istəyirik. Çünki bizə Ermənistanda həyat yoxdur. Orda heç cür yaşamaq mümkün deyil” – deyə erməni əsir Qrant Markosyan bildirib.
10 ay əvvəl bu əsgərlər kimi Azərbaycana pənah gətirmiş Paruyr Simoyna isə həmvətənlərin düzgün qərar qəbul etdiklərini deməklə hələ Ermənistan ordusundan qaçanlarin sayının çox olacağını düşünür: “Mən düşünürəm ki, bu insanlar çox cəsarətli addım atıblar. Çünki orda xidmət etmək mümkün deyil. Mən bunun səbəbini demişəm. Bu insanlar mənim çəkdiyim əzabları çəkiblər. Onlar çox optimist düşünüblər və qərar qəbul edərək bura gəliblər. Bu insanlar xidmət etmək istəməyiblər və xidmətdən qaçıblr. Bildiyim qədər bu adamın böyrəkləri ilə problemi var idi. Bununla da insanı götürüb orduya göndərirlər”.
Qeyd edək ki hazırda Azərbaycan hökuməti Paruyrun üçüncü ölkəyə göndərilməsi istiqamətində danışıqlar aparır. /ANS PRESS/

Şəkillərə burada baxa bilərsiniz 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar