Ermənilər Ağdamda hərbi təlim keçirirlər
18 May 2009 Bazar Ertəsi 11:55
Atəş səsləri Ağdamın cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrində aydın eşidilir

Bu gün saat 10:30-dan başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal altında olan ərazilərində hərbi təlimlərə başlayıblar. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, təlimlər əsasən Uzundərə adlanan ərazidə keçirilir. Ermənistan ordusu təlimlərdə iri çaplı silahlardan müxtəlif hədəflərə doğru atəş açır. Atəş səsləri Ağdamın cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrində də aydın eşidilir. Təlimlər bu saata kimi davam edir./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar