Dövlet Bayrağı Günü qeyd olunur
09 Noyabr 2013 Şənbə 00:26
Dövlet Bayrağı Günü ölkede qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Bu gün Azerbaycanda Dövlet Bayrağı Günü qeyd olunur. ANS PRESS-in melumatına göre, 2009-cu ilin noyabr ayında Dövlet Bayrağı Günü ile bağlı emek Mecellesinin 105-ci maddesine elave edilib. elaveye esasen, 9 noyabr Azerbaycanda Dövlet Bayrağı Günü elan olunur ve bu bayram ölkede qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

1918-ci il noyabrın 9-da Azerbaycan Xalq Cümhuriyyeti Nazirler Şurası milli bayraq haqqında qerar verib. Nazirler Şurasının sedri Feteli Xan Xoyskinin imzaladığı hemin qerarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi renglerden, ağ aypara ve sekkizguşeli ulduzdan ibaret olan bayraq qebul edilsin".

Prezident İlham eliyev 2007-ci il noyabrın 17-de Bakıda Dövlet Bayrağı meydanının yaradılması barede serencam imzalayıb.

2010-cu il sentyabrın 1-de Azerbaycan Prezidenti İlham eliyevin iştirakı ile Bakıda Dövlet Bayrağı meydanının açılış merasimi keçirilib.

Bayraq Meydanının ümumi erazisi 60 hektar, yuxarı hissesinin sahesi 31 min kvadratmetrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövresinin diametri 3,2, bünövrenin üst hissesinin diametri 1,09 metrdir. Qurğunun ümumi çekisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahesi 2450 kvadratmetr, çekisi ise teqriben 350 kiloqramdır.

Meydanda qurulmuş Azerbaycan Respublikasının gerbi, Dövlet himninin metni ve ölke xeritesi qızıl suyuna salınmış bürüncden hazırlanıb.

Bundan elave, meydanda Dövlet Bayrağı Muzeyi de yaradılıb.