Cəbhədə şiddətli atışma başlayıb
05 Avqust 2014 Çərşənbə Axşamı 16:16
Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar. Hazırda ermənilər mövqeylərimizi atəşə tuturlar.
Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar. ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, ermənilər Tərtərin işğal altında olan Seyidsulan kəndindəki mövqeylərindən Azərbaycanın üzbəüz mövqeylərini şiddətli atəşə tutublar.
Bundan başqa, ermənilər Qapanlını da şiddətli atəşə məruz qoyublar.

Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir.

Qeyd edək ki, gecə başlayaraq cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 161 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar