Cəbhədə qızğın atışma baş verib
11 Yanvar 2015 Bazar 14:34
Cəbhədə qızğın atışma baş verib. Sutka ərzində atəşkəs rejimi ümumilikdə 61 dəfə pozulub.
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 61 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Cəvahirli, Şıxlar, Şuraabad, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar