Cəbhədə atışma gedir, yaralımız var
02 Avqust 2014 Şənbə 08:35
Cəbhənin Ağdam istiqamətində atəşkəs yenə pozulub. Qarşı tərəf iri çaplı silahlardan atəş edir.
Cəbhənin Ağdam istiqamətində atəşkəs yenə pozulub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, gecə boyu Ağdam rayonun cəbhəyanı kəndlərində ara-sıra atəş səsləri eşidilsə də, artıq yaxın bir neçə saat içərisində atəş səsləri intensivləşib. Qarşı tərəf iri çaplı silahlardan atəş edir. Cəbhəyanı kəndlərlə qonşuluqda yerləşən kənd sakinləri də atışmanın olduğunu, silah səslərindən yata bilmədiklərini qeyd ediblər.

Yaralımız var.

Yaralıların dəqiq sayı barədə məlumat veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar