Cəbhədə amansız atışma olub
20 Fevral 2015 Cümə 09:34
Cəbhə xəttində atəşkəs yenidən pozulub. Sutka ərzində atəşkəs rejimi ümumilikdə 36 dəfə pozulub.
Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Sarıcalı, Şıxlar, Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Mərzili, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar