Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub
30 Yanvar 2015 Cümə 09:52
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub. Sutka ərzində atəşkəs rejimi ümumilikdə 79 dəfə pozulub.
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 79 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Berd rayonunun Mosesqex və Çinari kənlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Şıxlar, Cəvahirli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar