Cəbhə bölgəsində vəziyyət gərginləşdi, əsgərimiz şəhid oldu
05 Fevral 2013 Çərşənbə Axşamı 16:38
Əsgər Kuropatkino kəndi istiqamətində atəşkəsin pozulması nəticəsində həlak olub
Cəbhə bölgəsində vəziyyət gərginləşib. ANS PRESS-in məlumatına görə, bu gün qoşunların təmas xəttində Xocavənd rayonunun Kuropatkino kəndi istiqamətində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri Əlizadə Sənan Dövlət oğlu şəhid olub. S.Əlizadə Cəlilabad rayonundan hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar