Böyük Britaniya Qarabağ bəyanatı
05 Avqust 2014 Çərşənbə Axşamı 12:55
Böyük Britaniya XİN Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılığın artması ilə əlaqədar narahatlığını ifadə edib.
ANS TV-nin məlumatına görə, XİN-nin yaydığı rəsmi bəyanatda Böyük Britaniya Ermənistan və Azərbaycanı gərginliyin azaldılması üçün dərhal tədbirlər görməyə, 1994-cü ildən qüvvəyə minən atəşkəs haqqında sazişə hörmət etməyə çağırır.

“Biz hər iki tərəfdən adamların ölməsi faktlarından dərin kədərləndik. Biz tərəfləri ATƏT-in Minsk qrupu ilə sülh sazişinin hazırlanması üzrə işləməyə çağırırıq”.

Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələri postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub. Bir neçə nəfər yaralanıb. Ermənistan daha çox itki versələr də bu faktı ictimaiyyətdən gizlətməyə çalışır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar