"Birlik ulduzları” mükafatı
20 İyul 2009 Bazar Ertəsi 08:40
Mükafat elm və ya təhsil sahəsində MDB-nin ümumi elm və təhsil məkanının inkişafına kömək edən samballı töhfələrə görə verilir

 

MDB üzvü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) 2009-cu ildə elm və təhsil, mədəniyyət və incəsənət, habelə humanitar fəaliyyət sahəsində Dövlətlərarası “Birlik ulduzları” mükafatlarını almaq üçün namizədlərin irəli sürülməsinə başlanılmasını elan edib.

Dövlətlərarası “Birlik ulduzları” mükafatı elm və ya təhsil sahəsində MDB-nin ümumi elm və təhsil məkanının inkişafına kömək edən samballı töhfələrə görə verilir.

“Birlik ulduzları” mükafatları pul məbləğindən, diplomdan, mükafat laureatının fəxri nişanından və fəxri nişanın vəsiqəsindən ibarətdir. Adları çəkilən 3 nominasiyanın hər biri üzrə 2 milyon rubl məbləğində 3 mükafat təqdim edilir. Dövlətlərarası mükafata namizəd kimi irəli sürülən şəxsin və ya kollektivin elm, təhsil, mədəniyyət, incəsənət və ya humanitar fəaliyyət sahələrində inkişafa verdiyi töhfə dünya nailiyyətləri səviyyəsinə müvafiq olmaqla, həm MDB-nin üzvü olan hər bir ölkənin, həm də bütövlükdə Birliyin inkişafına kömək etməlidir.


Dövlətlərarası “Birlik ulduzları” mükafatı laureatlarının adları 2009-cu ilin dekabrında kütləvi informasiya vasitələrində dərc ediləcək. Laureatların elan olunması və təltif edilməsi mərasiminin 2010-cu ilin aprel ayınadək keçirilməsi nəzərdə tutulur. Dövlətlərarası “Birlik ulduzları” mükafatları almağa namizədləri irəli sürən hökumətlər və ya onların müvəkkil etdiyi orqanlar 2009-cu il sentyabrın 30-dək hər bir iddiaçı üçün yazılı təqdimatı DHƏF-in İcraçı direktorluğuna göndərməlidirlər. Təqdimata namizədlərin irəli sürülməsi üçün əsas olan materiallar (o cümlədən dərc edilmiş və ya başqa üsulla yayılmış elmi, yaradıcı, bədii, metodik işlər) əlavə edilir./AzərTAc/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar