Azərbaycanın döyüş təyyarələri havada
02 Avqust 2014 Şənbə 13:11
Azərbaycanın döyüş təyyarələri Tərtər və Ağdam istiqamətində uçuşlar həyata keçirir.
Hazırda Azərbaycanın döyüş təyyarələri cəbhə xətti üzərində uçuşlara başlayıb. ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, döyüş təyyarələri Tərtər və Ağdam istiqamətində uçuşlar həyata keçirir. Təyyarələr cəbhə bölgəsində bütün əraziləri nəzarətdə saxlayır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə faktı təsdiqləyiblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı ANS PRESS-ə açıqlamasında Azərbaycan HHQ-nin döyüş təyyarələrinin uçuşlarının planlı şəkildə həyata keçirildiyini bildirib.

Nazirlikdən həmçinin onu da bildirdilər ki, hazırda cəbhədəki vəziyyət müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi nəzarəti altındadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar