Azərbaycana kiçik səyahət
18 İyun 2009 Cümə Axşamı 15:50
Tədbirdə Azərbaycan xalqının tarixi, mədəniyyəti və bu günkü reallıqları qonaqlara təqdim olunub

 

İsveçrənin Basel şəhərindəki "Union" mədəniyyət mərkəzində “Azərbaycana kiçik səyahət” devizi altında tanıtım tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu ölkədə yeni fəaliyyətə başlamış "Azərbaycanın dostları" Cəmiyyəti təşkil etdiyi tədbirdə Azərbaycan xalqının tarixi, mədəniyyəti və bu günkü reallıqları, ölkəmizin hər sahədə inkişaf tempi isveçrəli qonaqlara təqdim olunub. Əcnəbi qonaqlar Azərbaycan haqqında bütün bilgilərə böyük maraq göstəriblər. Onların bir çoxu ölkəmiz haqqında ilk dəfə məhz bu tədbirdə eşitdiklərini deyiblər.

Gecədə dahi Nizami Gəncəvinin qəzəli Azərbaycan, fars və alman dillərində səsləndirilib, “Tərəkəmə” və “Qaval” rəqsləri isə qonaqların alqışlarının müşaiyəti ilə ifa olunub. Tədbirin isveçrəli iştirakçılarına milli mətbəximizin nümunələrindən ibarət ziyafət verilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar