Azərbaycan paytaxtında Türkdilli Ölkələrin Parlament Assambleyasına qərargah ayrılıb
18 Noyabr 2009 Çərşənbə 14:10
Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) Milli Məclis üçün yeni inşa edilən binada qərargah verilib.
Bu barədə APA-ya açıqlamasında TürkPA-nın baş katibi Ramil Həsənov bildirib. Onun sözlərinə görə, 2010-cu ilin yanvarın 5-ə kimi TürkPA-nın üzvü olan ölkələrinin nümayəndələri Azərbaycana gələrək diplomatik fəaliyyətə başlayacaqlar.

R. Həsənov, baş katib kimi, artıq ilk görüşlərini keçirdiyini də deyib. O, ötən ay Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinlə görüşərək, qurumun 2010-cu il üzrə iş planını müzakirə etdiyini bildirib. Görüşdə Mehmet Əli Şahin 2010-cu ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 90 illiyi münasibətilə İstanbulda Dünyada Türkcə Danışan Parlamentarilərin konqresinin keçirilməsini təklif edib: “Mən bu barədə artıq Azərbaycan və Qazaxıstan parlamentlərinin rəhbərlərinə məruzə etmişəm. Çox güman ki, bunla bağlı müəyyən tədbirlər görüləcək” .

R. Həsənov Qazaxıstan Senatının sədri Kasımjomart Tokayevlə də görüşdüyünü deyib. Onun sözlərinə görə, görüşdə Bakıda strateji əməkdaşlığın yeni imkanları mövzusunda keçirilməsi planlaşdırılan konfransla bağlı müzakirələr aparılıb.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar