ATƏT nümayəndələri müxalifətlə görüşüb
11 Sentyabr 2009 Cümə 14:10
Bir sıra məsələlər müzakirə olunub
ATƏT-in Bakı ofisində bu qurumun rəhbərliyi və Avropa Komissiyasının Azərbaycandakı nümayəndələri ilə “Qarabağ və Respublika Uğrunda Hərəkat”a daxil olan 6 müxalifət partiyasının liderləri ilə görüş keçirilib.

ANS PRESS-in “Turan”-a istinadən yaydığı məlumata görə, görüşdə “Müsavat” partiyasının lideri İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri Əli Kərimli, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, “Ümid” Partiyasının sədri İqbal Ağazadə və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev iştirak ediblər.

Görüş zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratiyanın inkişafı məsələləri, dekabr ayının ortalarında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar