484 qadınımız itkin düşüb
11 Mart 2015 Çərşənbə 17:34
Onların arasında 154 nəfəri yaşlı qadınlar olub.
Ermənilərin Dağlıq Qarabağdakı azğınlığı nəticəsində mülkü şəxslərdən itkin düşənlər arasında 154 nəfəri yaşlı qadınlar olub.

Ailə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumatına görə, 59 azyaşlıdan 17 nəfəri qız, 254 nəfəri gənc və orta yaşlı qadın olub.

Münaqişə müddətində əsir və girovluqdan azad edilən qadınların sayı 342 nəfər olub. Eyni zamanda azad edilən 201 nəfər uşaqdan 68 nəfəri azyaşlı qız, 112 nəfər yaşlı qadın olub.

Məlumatda qeyd edilir ki, əsir və girovluqda qətlə yetirilən və ya müxtəlif səbəblərdən vəfat edənlərin ümumi sayı 554 nəfərdir ki, onlardan da 104-ü qadındır.

Hazırda erməni azğınlığı nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4014 nəfərdir. Onlardan 3254 nəfər hərbçi, 758 nəfər mülki şəxslər, 2 nəfərin hərbçi və ya mülki olduğu isə məlum deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar