31 Dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü
31 Dekabr 2014 Çərşənbə 15:48
31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür. 23 il əvvəl bütün sərhəd dirəklərinin sökülməsinə başlanılıb.
31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Artıq 23 ildir ki, 50 milyona yaxın azərbaycanlı bu günü qeyd edir. 23 il bundan əvvəl, 1989-cu ildə Ordubad rayonundan tutmuş Şərur rayonunadək sərhəd dirəkləri sökülməyə başlayıb. 
 
İstambulda dünya azəri türk dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verildi. 1991- ci ilin dekabrın 16-da isə Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci ildə isə bu qərar rəsmi olaraq qəbul olundu. O vaxtdan bu tərəfə dünya azərbaycanlılarının həmrəyliyi günü 31 dekabr tarixdə qeyd olunur.

Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan sayan hər bir insan 31 Dekabr günündə həmrəylik nümayiş etdirir və etdirməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar