"General Motors" 200 000 avtomobilini geri çağırır
21 Avqust 2010 Şənbə 16:50
Onların arasında "Chevrolet Traverse", "Buick Enclave", "GMC Acadia" və "Saturn Outlook" modelləri var.
ABŞ-ın ən iri avtomobil istehsalçısı olan “General Motors” şirkəti 2009-2010-cu illərdə istehsal edilmiş 200 mindən artıq avtomobilini geri çağırır. Geri çağırılmaya səbəb isə avtomobillərin təhlükəsizlik kəmərində nasazlığın aşkar edilməsidir.

Məlumata görə, geri qaytarılan avtomobillər arasında Amerika bazarında satışda olan “Chevrolet Traverse”, “Buick Enclave”, “GMC Acadia” və “Saturn Outlook” modelləri də var. Bundan başqa, bir neçə min ədəd avtomobil Kanada, Çin, Meksika və Səudiyyə Ərəbistanı bazarlarından da geri çağırılacaq.

“General Motors”dan isə bildiriblər ki, bu nasazlıq zəmanəti olan avtomobil təmir edilərkən aşkar edilib. Amma bununla belə, istehsalçı şirkətdə satışa buraxılmış avtomobillərdə hər hansısa qəza və xəsarətlərin alınması ilə bağlı məlumat yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar