Yəməndə silahlar susmur - 4 ölü
05 Sentyabr 2014 Cümə 08:33
Qarşıdurmada 4 nəfər həyatını itirdi, çox sayda adam yaralandı.
Yəmənin şimalındakı Əl-Daxilə mahalında təhlükəsizlik gücləri ilə “Husi Ensarullah” hərəkatı arasında çıxan qarşıdurmada 4 nəfərin həyatını itirdiyi, çox sayda insanın yaralandığı bildirilir.

ANS PRESS-in məlumatına görə, qəbilə qaynaqlarından alınan məlumatda deyilir ki, ölkənin şimalındakı Əl-Gil mahalında qəbilə üzvləri dəstəkli təhlükəsizlik gücləri ilə “Husi Ensarullah” hərəkatı xadimləri arasında çıxan qarşıdurmada 4 qəbilə üzvü həyatını itirib, 6-sı yaralanıb. Husilər tərəfindən təxminən 20 adamdan bir qisminin öldüyü bəzilərinin də yaralandığı ifadə edilir.

Yəmənin şimal bölgələrində Husilər ilə "Xalq Müdafiə Komitələri” kimi tanınan silahlı tayfa üzvləri və Yəmən ordusu arasında tez-tez qarşıdurmalar yaşanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar