Vurulan helikopterdə ölən ermənilər
13 Noyabr 2014 Cümə Axşamı 11:16
Vurulan helikopterdə ölən erməni hərbçilərdən biri mayor, ikisi isə leytenantdır.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində vurulan Ermənistanın hərbi helikopterində ölən erməni hərbçilərin adları bilindi.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, vurulan helikopterdə ölən ermənilər ekipaj komandiri Sergey Saakyan, baş leytenant Sarqis Nazaryan və leytenant Azat Saakyandır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar