Uşaqların sevimlisi Pepee məhkəməlik oldu
10 Avqust 2014 Bazar 09:52
Uşaqlar tərəfindən çox sevilən çizgi film qəhrəmanı Pepee məhkəməlik olub.
Türkiyənin ilk markalaşan cizgi film xarakteri "Pepee" üstündə dava düşüb.

ANS PRESS-in məlumatına görə, reklam və filmlərlə məşğul olan Ənəs Böyük, "Pepee"nin əsər sahibinin özü olduğunu, hamı tərəfindən qəbul edilən Aişə Şule Bilgiç olmadığını iddia edir.

Qidadan tekstilə, elektronik əşyadan oyuncağa kimi bir sıra məhsulda marka olaraq istifadə olunan "Pepee" layihəsinin aylıq dövriyyəsi minlərlə türk lirəsi hesablanır. Layihənin rəsmi sahibi Aişə Şule Bilgiç iddiaçı Ənəs Böyüyün onların köhnə işçiləri olduğunu, layihənin bütün hüquqlarının özlərinə aid olduğunu bildirib.

İddia İstanbul Hüquq Məhkəməsində qəbul edilib. İddiaya görə Ənəs Böyük, «Pepee» ilə əlaqədar işlərə hələ 2008-ci ildə başlayıb. «Pepee»nin yoldaşları Şila, Qələm, Qopma kimi obrazların da şəklini məhz Böyük çəkib.

Sonra «Pepee»nin televiziyada yayımlanması gündəmə gəlir. «Pepee»nin ssenari yazımını Aişə Şule Bilgiç boynuna götürür. «Pepee»nin televiziyadan yayımlanması üçün Ənəs Böyük tərəfindən Bilgiçin şirkətinə razılıq müqaviləsi verilir. Notariusda verilən 30 Mart 2009-ci il tarixli sənəddə Ənəs Böyüyün adı "Əsər sahibi" olaraq yazılıb.

Daha sonra «Pepee» Türkiyənin dövlət kanalı TRT-də yayımlanmağa başlayır. TRT-də yayımlanan ilk 26 hissədə, Ənəs Böyüyün adı titrlərdə "Əsər sahibi, yaradıcı rejissor" yazılır.

«Pepee»nin Böyükə aid olduğunu göstərən ilk şəkillər də CD halında məhkəməyə təqdim edilib. Məhkəmə 3 iyul tarixli qərarı ilə ölkənin Mədəniyyət və Turizm Nazirliyindən əsərin haqq sahibliyi ilə əlaqədar məlumat və sənəd istəyib. Məhkəmə davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar