Ukraynalı müğənni Putini təhqir etdi
06 Avqust 2014 Çərşənbə 13:46
Prixodko: Bizim qəhrəmanlar! Belə oğlanlar ilə Putinin yolu bağlıdır.
Rusiyanın “Fabrika zvyozd” musiqi yarışmasının iştirakçılarından olan 27 yaşlı Anastasiya Prixodko Ukrayna hərbi qüvvələrinə dəstək çıxıb.

ANS PRESS-in məlumatına görə, "Eurovision 2009" mahnı müsabiqəsində Rusiyanı təmsil edən ifaçı keçmişinin Rusiya ilə əlaqəli olmasına baxmayaraq bu gün Ukraynaya dəstək olduğunu bildirib. Anastasiya sosial şəbəkədə xəbər paylaşaraq bunları bildirib: “Mənə Rusiyadan heç nə lazım deyil. Sağ olun!”.

Özünü patriot adlandıran müğənni bir neçə digər sənətçilər ilə birlikdə milli qvardiyaya dəstək çıxmaq üçün Ukraynanın cənub-şərqinə yollanıblar.

A.Prixodko qaynar bölgələrdə Ukrayna bayrağının qarşısında hərbi hissələrdə çıxış edir, sevilən mahnılarını səsləndirir. Konsert zamanı çəkilən şəkilləri İnstagram səhifəsində yerləşdirib: "“Yaşasın Ukrayna” - bu cümlə ukraynalı gənclərin bir çoxu üçün artıq həyat devizinə çevrilib".

Daha sonra əsgərlər ilə birlikdə olan fotosunu paylaşaraq dövlətinin əsgərlərinin Rusiya ordusundan güclü olduğunu vurğulayıb və Rusiya prezidenti Vladimir Putinə sözünü çatdırıb: “Bizim qəhrəmanlar! Bizim fəxrimiz! Belə oğlanlar ilə Putinin yolu bağlıdır!”.



















DOSTLARINLA PAYLAŞ:

oyunlar