Ukraynada döyüşlər davam edir
08 Sentyabr 2014 Bazar Ertəsi 13:05
Kiçik miqyaslı toqquşmalar 3 gün əvvəl qəbul olunmuş atəşkəs razılaşmasını təhlükəyə salıb.
Ötən gün Ukraynanın şərqində ortaya çıxan artilleriya hücumları və digər kiçik miqyaslı toqquşmalar 3 gün əvvəl qəbul olunmuş atəşkəs razılaşmasını təhlükəyə salıb.

ANS TV-nin məlumatına görə, Britaniyanın “Sky News” telekanalı artileriya zərbələrindən sonra baş verən dağıntılar, həmçinin Mariupol ətrafında Ukrayna ordusuna məxsus tanklarını hərəkətini əks etdirən görüntüləri yayımlayıb.

Verilən xəbərə görə, dünənki toqquşmalarda azı bir mülki şəxs həlak olub və bir hərbiçi yaralanıb. Üsyançılar son vaxt Mariopol şəhəri ətrafını yeni cəbhəyə çevirib. Ukraynalılar Rusiyanın bununla Rusiya ilə Krım yarımadası arasında birbaşa quru dəhlizi yaratmağa çalışdığını iddia edir. Gecə döyüşlərinə şahidlik edən Mariupol sakinləri təşviş içində qaldıqlarını və münaqişənin tezliklə bitməsini istədiklərini deyirlər.

Ukraynada atəşkəsin bərqərar olması haqqında razılaşma cümə günü Belarus paytaxtı Minskdə üçtərəfli görüşün müsbət nəticəsi olaraq əldə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar