Ukraynada azərbaycanlı konsul Vaqif Əliyev hücuma məruz qalıb
14 Aprel 2014 Bazar Ertəsi 18:27
Hadisə vaxtı mühafizəçilər Vaqif Əliyevə xəsarət yetirilməsinə imkan verməyiblər.
Naməlum şəxslər Rusiya Federasiyasının Ukraynanın Çerniqov şəhərindəki fəxri konsulluğuna hücum ediblər.

Bu barədə “Çerniqovşina: sobıtiya i kommentarii" portalı məlumat ayıb.

Hücum zamanı konsulluğun qapısı, pəncərələri sındırılıb. Hücum edənlər içəri daxil olaraq ofisin divarlarına Rusiyanın və prezident Putinin ünvanına yönəlik təhqirlər, söyüşlər yazıblar.

Konsul müavini Yuri Yevtuşenkonun dediyinə görə, əvvəllər konsulluğun binası qarşısında dinc aksiyalar olub, amma belə vandal akt ilk dəfədir.

Qeyd edək ki, Rusiyanın Çerniqovdakı fəxri konsulu azərbaycanlı Vaqif Əliyevdir. Portalın yazdığına görə, Kiyevdə bizneslə məşğul olan Əliyev bu vəzifəni 2008-ci ildən tutur.

Hadisə vaxtı konsul da binada olub. Ona hücum olsa da, mühafizəçilər Əliyevə xəsarət yetirilməsinə imkan verməyiblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar