Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb
15 Aprel 2009 Çərşənbə 11:00
Qəza nəticəsində bir nəfər ölüb

Türkiyənin Bursa şəhərinin Mustafakamalpaşa rayonunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb. CNNTürk-ün məlumatına görə, kənd sakinlərinin məlumat verməsindən sonra xilasedicilər təyyarənin axtarışına başlayıb. Təyyarənin qalıqları Muradiye Sarnıc kəndinin 20 kilometrliyində tapılıb. Qəza nəticəsində bir pilot ölüb. Hadisə axşam saatlarında baş versə də, pilotun cəsədi səhər tapılıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar